Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

0

  •         Hər il təşkil edilmiş "Azərbaycan - Macarıstan mədəniyyətlərin dialoqu" beynəlxalq konfransı iki ölkənin elm xadimləri arasındakı əməkdaşlığa böyük təkan verir. Son illər ölkəmizin Macarıstanda daha yaxşı tanınmasına təsirsiz ötüşməyib. Bakı ilə Budapeşti birləşdirən hava yolunun açılması qarşılıqlı əməkdaşlıq sdahəsində uğurlu addımlardan biri sayılır. Hər iki tərəfi maraqlandıran başlıcaməsələ iqtisadi əlaqələri daha da canlandırmaq , ticarət dövriyyəsini artırmaqdır. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf edir. 1991 - ci il dekabrın 26 - da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992 - ci il aprelin 27 - də qurulub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir.Macarıstan ilə hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan - Azərbaycan strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlardan biridir.  Ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı inkişafı müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət sahələrində fəaliyyət göstərmişlər. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əyani şəkildə qmüəyyən olunur. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizinin layihəsini dəstəkləyir. İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022 - ci ildə Ələt Azad İqtisadi zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.    İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa - quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər. Müvafiq layihələr təqdim edirlər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü olaraq 25.000 avro ianə edib. Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqəli inkişaf edir. Milli kimlik, etnik identiklik və özünüdərklə bağlı məsələnin bu cür qqoyulması Azərbaycan Macarıstan münasibətlərini strateji səviyyəyə qaldırır.     Bu il yanvarın 29 - da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi səfər edib. Dövlət başçımızın bu Macarıstana 4 - cü səfəridir. Səfərin məqsədi iki ölkə arasındakı əlaqələrin inkişafına, əməkdaşlığın güclənməsinə töhvə verməkdir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalandı. Onlar içərisində Dövlət başçımızın və Macarıstanın Baş Naziri tərəfindən Azərbaycan ilə Macarıstan arasında strareji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə oldu. Sənəddə, Türk Dövlətləri Təşkilatı ( TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunub. İkitərəfli görüş zamanı həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olundu. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığına böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edilir. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Əminliklə demək olar ki, bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.Aydın Əliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib94 dəfə
    Azərbaycan Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

    Maraqlı gələ bilər
    38